"Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün üzgünəm"

21 Sentyabr 2018 19:36 Avropa Liqası 578
"Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün üzgünəm"

"Bu oyunda azarkeşlər komandasına dəstək oldular və futbolçular da bunu hiss etdi.

"Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün üzgünəm, amma mən "Qarabağ"ın futbolçusuyam və burda xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sportinq"ə uduzduqları oyundan (0:2) sonra Portuqaliya mətbuatına deyib.

Zədə səbəbindən matçı buraxan "Sportinq"in sabiq oyunçusu ikinci tura kimi hazır olacağına inandığını bildirib:

"Çətin oyun olacağını bilirdik. "Sportinq"in çox yaxşı futbolçuları var. İkinci turda oynayacağıma ümid edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti