Ağdam klubu “Milan” və “Valensiya”nı qabaqladı - REYTİNQDƏ

21 Sentyabr 2018 17:24 Avropa Liqası 536
Ağdam klubu “Milan” və “Valensiya”nı qabaqladı - REYTİNQDƏ

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ən yaxşı göstəriciyə malik klubumuz “Qarabağ”dı.

Son ölkə çempionu, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən Ağdam klubu 19,500 xalla 66-cı sırada qərarlaşıb.

“Qarabağ” bu göstərici ilə İspaniyadan “Valensiya”, İtaliyadan “Milan” kimi klubları geridə qoyub.

“Qarabağ”ı digər klublarımızdan “Qəbələ” izləyir. Qəbələ şəhərinin təmsilçisi 6,250 xalla 160-cı pillədədi. “Neftçi” isə 3,250 xalla 279-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti