"Məncə, istədiyimiz oyunu sərgiləmədik, çünki "Sportinq" işimizi çətinləşdirdi.
Hesabın açılmasında Luiş Nani böyük iş gördü, əla keçid etdi, ötürməsini qolla tamamladılar.
İkinci qol isə öz səhvimizdən oldu" - Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qolkiperi Vaqner Silva deyib.
Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Sportinq”lə üz-üzə gəlib. Görüş Lissabon təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.
Oyundan sonra braziliyalı qolkiper fikirlərini bildirib. 32 yaşlı qapıçı "Arsenal"la oyun barədə düşünəcəklərini deyib: "3 xal itirdik. Bu dəfə evimizdə oynayacağıq. "Arsenal"la matçı düşünməliyik".
"Eştoril" və "Boavişta"da çıxış etmiş Vaqner Bu dəfə Portuqaliyaya rəqib kimi dönən Vaqner hisslərini bölüşüb:
"Portuqaliya mənim evimdi. Burda olduğum üçün çox xoşbəxtəm. Məni yenidən xoş qarşıladılar. Qızım bu ölkədə dünyaya göz açıb. Gələcəkdə Portuqaliyaya geri dönməyi ümid edirəm".

