“Avropa Liqasında ilk qolumu vurduğum üçün xoşbəxtəm.
Bu, hər zaman xüsusidi, amma ən önəmlisi qələbə qazanmağımızdı”.
Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin I turunda “Sportinq”in “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdiyi görüşdə ilk qolu vuran Rafinya deyib.
Matçın 54-cü dəqiqəsində hesabı açan, 88-ci dəqiqədə isə komanda yoldaşı Jovane Kabrala məhsuldar ötürmə verən braziliyalı forvard bildirib ki, oyun gözlədikləri kmi çətin keçib:
“Qarabağ” matça çox ciddi hazırlaşmışdı. Amma biz bu səddi adlamağı bacardıq. Yarışa qələbə ilə başlamaq çox vacibdir. Bundan sonra da öz oyunumuzu sərgiləyərək, qalibiyyət haqda düşünməliyik”.
“Qarabağ” oktyabrın 4-də II tur çərçivəsində İngiltərənin “Arsenal” komandasını qəbul edəcək. “Sportinq” isə Ukraynada “Vorskla”nın qonağı olacaq.

