"Dözdük, özümüzü itirmədik, "Qarabağ" bizə problemlər yaratdı"

21 Sentyabr 2018 10:12 Avropa Liqası 542
"Dözdük, özümüzü itirmədik, "Qarabağ" bizə problemlər yaratdı"

"İlk yarısı çətin keçən oyunda çox yaxşı qələbə qazandıq.

"Qarabağ" yaxşı komandadı, rəqib bizə müəyyən problemlər yaratdı.

İstədiyimiz qədər olmasa da, hər halda təhlükəli kombinasiyalar qura bildik. Dözdük, özümüzü itirmədik. İkinci hissədə rəqib bizim güclü oyunumuz qarşısında açıldı və çoxlu qol vurmaq üçün kifayət qədər imkan yaratdıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sportinq"in baş məşqçisi Joze Pezeyru Lissabonda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis xarakter və səbr hesabına qələbəyə nail olduqlarını vurğulayıb. O, komandasının inkişafda olduğunu və xüsusən ikinci hissədə daha yaxşı təsir bağışladıqlarını söyləyib:

"Müəyyən zaman kəsiklərində bəzi çətinliklərimiz oldu. Lakin biz daim üstün idik. Belə də davam etməliyik. Keyfiyyətli futbolçularımız var, oyun dinamikamız artır. Bütün oyunçulardan razıyam".

Pezeyru oyun vaxtı zədələnən Jeremi Matyönün durumuna hələ aydınlıq gəlmədiyini də əlavə edib. O ümid etdiyini bildirib ki, zədə ciddi olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti