Ağayev “Latsio” - “Apollon” matçında nə etdi? - VİDEO

21 Sentyabr 2018 10:00 Avropa Liqası 590
Ağayev “Latsio” - “Apollon” matçında nə etdi? - VİDEO

FİFA referisi Əliyar Ağayev Avropa Liqasında növbəti oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində İtaliyada “Latsio” ilə “Apollon” arasındakı matçda söz sahibi olub.

Romadakı “Olimpiko” stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 2:1.

Əliyar bu görüşdə meydan sahiblərinin 3, qonaqların 1 futbolçusuna sarı vərəqə göstərib.

O, həmçinin 84-cü dəqiqədə qonaqların qapısına penalti təyin edib ki, italyanlar bu şansdan maksimum yararlanıblar.

Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov, həmçinin dördüncü hakim Mübariz Haşımov yardımçı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti