"Qarabağ" Avroliqanın qrupuna məğlubiyyətlə başladı - VİDEO

21 Sentyabr 2018 08:36 Avropa Liqası 574
"Qarabağ" Avroliqanın qrupuna məğlubiyyətlə başladı - VİDEO

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi E qrupunun oyununda "Sportinq"in qonağı olub.

Lissabondakı "Joze Alvelade" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 54-cü dəqiqədə Rafinya vurub. 88-ci dəqiqədə isə Jovane Kabral fərqi artırıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə 3 futbolçusunun xidmətindən yararlana bilməyib. Kapitan Rəşad Sadıqov, eləcə də Simeon Slavçev və Dani Kintana zədə üzündən oyunu buraxıb.

Üstəlik, Maksim Medvedev oyun vaxtı zədələndiyi üçün 62-ci dəqiqədə əvəzlənməli olub. Yeni transfer Araz Abdullayev, zədəsini sağaldan Miçel və Medvedevin yerinə meydana girən Abbas Hüseynov da Ağdam komandasını məğlubiyyətdən qurtara bilməyib. Beləliklə, "Qarabağ" Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.

"Sporting" - "Qarabağ" 2:0

Qollar: Rafinya, 54, Covani Kabral, 88

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti