Daha yüksəkəyə can atmayacaqsansa, qrupda nə işin var?

20 Sentyabr 2018 18:12 Avropa Liqası 587
Daha yüksəkəyə can atmayacaqsansa, qrupda nə işin var?

“Qarabağ” avrokuboklar tarixində 50-ci səfər matçına çıxacaq.

Avropa Liqasının “Sportinq”lə bu gün Portuqaliyada baş tutacaq görüşdə təmsilçimiz “100”ü yarılayacaq.

İndiyədək Ağdam klubu 49 dəfə rəqib meydanında oynayıb. Əyalət təmsilçisi bu görüşlərdə 15 dəfə qalib gəlib.

Hesabında 13 heç-heçə olan klub 21 dəfə meydandan məğlub ayrılıb. Rəqib qapılarına 40 qol vuran “Qarabağ” 77 top buraxıb.

“Qarabağ” avrokuboklardakı həm ümumi, həm ev, həm səfərdəki oyun sayında Azərbaycan rekordçusudu.

Daha yüksəkəyə can atmayacaqsansa, onda qrupda nə işin var? Axı burda PSV-lərdən zəif olmayanlar yer alır, özü də bir deyil, düz 3 rəqib birdən.

Ümid edək ki, artıq neçənci ildir böyük yarışları görərək, ölkəni əsas və yeganə ümidinə çevrilmiş klub və onun futbolçuları üzərlərinə düşən məsuliyyəti və yükü bundan sonra dərk edəcəklər.

Qurban Qurbanov artıq təcrübə yiyəsidi və avro-asdı. Bu yerlərlə yata-yata, gəzə-gəzə gəlməyib. Müasir futboldan bildiyi bir şeylər var və həqiqətinə inanaraq, «Qarabağ»ı hardan-haraya gətirib.

İsbat mərhələsini illər öncə geridə buraxan hocanın savadına və işküzarlığına inamımız tamdı. Azərbaycan çempionu, doğrudan da, Çempionlar Liqası səviyyəsində bir qrupa düşüb və burdan çıxmaq asan gəlməsin.

Yolun üstündə «Arsenal» və «Sportinq» var, hələ «Vorskla»nı da hesabdan silmək olmaz.

Dişədiş mübarizə gedəcək və biz «Qarabağ»ın oyundan-oyuna artan tempinə, yüksəlişinə, özünü tapmasına güvənib,

Qurbanovun daha bir möcücə ilə bütün Azərbaycanı sevincə qərq edəcəyinə əmin olmalıyıq. Yalnız əmin deyil, həmçinin arxasında dayanmalı və dəstəkləməliyik. Bir azəröaycanlı kimi!

TƏQVİM

«E» qrupu

«Arsenal» (İngiltərə), «Sportinq» (Portuqaliya), «Qarabağ» (Azərbaycan), «Vorskla» (Ukrayna).

1-ci tur 20 sentyabr

«Arsenal» - «Vorskla»

«Sportinq» - «Qarabağ»

2-ci tur 4 oktyabr

«Qarabağ» - «Arsenal»

«Vorskla» - «Sportinq»

3-cü tur 25 oktyabr

«Sportinq» - «Arsenal»

«Qarabağ» - «Vorskla»

4-cü tur 8 noyabr

«Arsenal» - «Sportinq»

«Vorskla» - «Qarabağ»

5-ci tur

«Vorskla» - «Arsenal»

«Qarabağ» - «Sportinq»

6-cı tur 14 dekabr

«Arsenal» - «Qarabağ»

«Sportinq» - «Vorskla»

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti