"Qrupumuz Avropa Liqasının deyil, ÇL-nın səviyyəsinə uyğundu"

20 Sentyabr 2018 17:24 Avropa Liqası 509
"Qrupumuz Avropa Liqasının deyil, ÇL-nın səviyyəsinə uyğundu"

"Klubumuzun və Poltava şəhərinin adına layiqli çıxış etmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsindəki "Qarabağ"ın rəqibi olan "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko deyib.

43 yaşlı mütəxəssis qrupda bu gün "Arsenal"a qarşı keçirəcəkləri görüş barədə danışıb: "Arsenal" olduqca güclü komandadır.

Bizim belə komanda ilə qarşılaşmağımız bizim üçün tarixi hadisədi. Güclü qrupdayıq və yaxşı təcrübə qazanacağıq. Qrupumuz Avropa Liqasının deyil,

Çempionlar Liqasının səviyyəsinə uyğundur. Lakin komandamız yaxşı nəticələr qazanmaq üçün ən kiçik şansdan belə yararlanmağa çalışacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti