Avropa Liqasının “Sportinq”lə Portuqaliyadakı oyunu “Qarabağ” üçün yubiley əhəmiyyəti daşıyır.
Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri ardıcıl 5-ci dəfə yüksəldiyi qrup mərhələsində 25-ci matçını keçirəcək.
İlk dəfə 2014/15 mövsümündə Avropa Liqasının qrupunda oynayan Ağdam klubu ardıcıl 3 dəfə bu turnirin əsas raunduna yüksəlib. Ötən mövsüm isə təmsilçimiz Çempionlar Liqasında eyni uğuru təkrarlayıb.
“Qarabağ” bu 4 cəhddə 24 matç keçirib. 25-ci sınaq öncəsi Azərbaycan çempionunun hesabında 4 qələbə, 7 heç-heçə və 13 məğlubiyyət var. Bu görüşlərdəki top fərqi 16-39-du.
|
mövsüm |
turnir |
O |
Q |
H |
M |
T/F |
X |
|
2014/15 |
Avropa Liqası |
6 |
1 |
3 |
2 |
3-5 |
6 |
|
2015/16 |
Avropa Liqası |
6 |
1 |
1 |
4 |
4-8 |
4 |
|
2016/17 |
Avropa Liqası |
6 |
2 |
1 |
3 |
7-12 |
7 |
|
2017/18 |
Çempionlar Liqası |
6 |
0 |
2 |
4 |
2-14 |
2 |
|
Cəmi |
|
24 |
4 |
7 |
13 |
16-39 |
19 |

