Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini bugündən etibarən əldə edə bilərlər.
Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdı. Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.
Satış məntəqələri:
Qarabağ FK Fan-şop ("Park Bulvar")
İticket kassaları
Sumqayıt şəhəri ("ASAN Xidmət")
"28 Mall"
"Gənclik Mall"
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.

