"Sonadək vuruşacağıq!"

20 Sentyabr 2018 08:36 Avropa Liqası 473
"Sonadək vuruşacağıq!"

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə oyunöncəsi mətbuat konfransında jurnalistlər önünə çıxıb,

Sportinfo.az xəbər verir ki, o, "Joze Alvalade" stadionunun konfrans zalında əvvəlcə matç haqda fikirlərini bildirib:

- “Sportinq” yaxşı heyətə malik yaxşı komandadı. Baş məşqçimiz rəqibin güclü tərəflərini deyib. Düşünürəm ki, onun dediklərini matçda etsək, yaxşı nəticə qazanacağıq.

Bakıya xalla qayıtmaq üçün “Qarabağ”ın tərəfində nə var var ki, o, bizə inam versin?
- Bilirik ki, “Sportinq” çox yüksək səviyyəyə malikdi. Sonadək mübarizə aparacağıq. Yaxşı oyun göstərib Bakıya müsbət nəticəylə qayıtmaq istəyirik.

Səni "Qarabağ"da adətən Riçard Almeydayla müqayisə edirlər. Belə müqayisə səni sıxmır? Sabah ən yaxşı oyununu görə bilərikmi?
- Riçard yaxşı futbolçudu, onun oyununu çox sevirəm. Ancaq oyun üslublarımız fərqlidi. Məşqlərdə tam gücümlə çalışıtram. Ümid edirəm ki, yaxşı oyunla komandama kömək edə bilərəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti