"Sportinq" "Qarabağ"a görə müraciət etdi: "Meydana əşya atmayın!"

20 Sentyabr 2018 08:24 Avropa Liqası 481
"Sportinq" "Qarabağ"a görə müraciət etdi: "Meydana əşya atmayın!"

"Sportinq" Avropa Liqasının qrup mərhələsinin I turunda evdə qarşılaşacaqları "Qarabağ"la oyundan öncə azarkeşlərinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisi fanatların həmin qarşılaşmada pirotexniki vasitələrdən istifadə etməməsini və meydana kənar əşyalar atmamasını istəyib.

Sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Komanda ötən mövsüm Avropa Liqasının 1/4 finalında evdə İspaniya "Atletiko"su ilə matçda azarkeşlərə görə cəzalandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti