Rəşad Sadıqov: "Həkimlər 2 həftə oynamamağı məsləhət gördü"

19 Sentyabr 2018 19:36 Avropa Liqası 507
Rəşad Sadıqov: "Həkimlər 2 həftə oynamamağı məsləhət gördü"

“Şerif”lə oyundan sonra ağrılarım var idi, amma həmin vaxt ciddiyə almadım.

3-4 gün müalicə alıb, davam etdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Zədə səbəbindən Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Sportinq”lə səfər oyununu buraxmalı olan təcrübəli müdafiəçi meydana qayıdacağı vaxtı da açıqlayıb:

“Sumqayıt”la oyundan sonra ağrılar bir az artdı. Dünənki məşqdə isə daha da şiddətləndi. MRT müayinəsindən keçdim.

Həkimlər 2 həftə oynamamağı məsləhət gördülər. Ona görə də bu müddət ərzində matçlarda iştirak etməyəcəyəm.

Bir həfətlik müalicədən sonra fərdi məşqlərə başlayacam. Amma komandaya nə zaman qoşulacağım həkimlərin rəyindən asılıdı. Çünki onların nəzarəti altında olacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti