"Sportinq"in zədəli müdafiəçisi "Qarabağ"la görüşü buraxacaq

19 Sentyabr 2018 19:00 Avropa Liqası 465
"Sportinq"in zədəli müdafiəçisi "Qarabağ"la görüşü buraxacaq

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq" daha bir itkiylə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Markus Vendel sıradan çıxıb.

21 yaşlı futbolçu zədə səbəbindən "Qarabağ"a qarşı oynamayacaq. Vendellə yanaşı, hollandiyalı forvard Bas Dost da Ağdam klubuna qarşı zədə səbəbindən oynamayacaq.

Komanda ilə məşqlərə başlayan Luiş Naninin isə sözügedən qarşılaşmada oynayıb-oynamaycağı bəlli deyil.

"Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti