"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal"ın zədəli futbolçularının durumu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisinin futbolçuları Sead Koloşinats, Enzli Meytlend-Naylz, Karl Cenkinson və Loran Koselni bu ay meydana çıxmayacaq.
Müdafiəçi Koloşinats və yarımmüdafiəçi Meytlend-Naylzın oktyabrın əvvəllərində tam olaraq kollektivə qoşulaqları gözlənilir.
Müdafiəçilər Cenkinson və Koselni isə noyabrda komandaya qoşulacaq. Bu futbolçulardan yalnız Meytlend-Naylzın adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilməyib.
Cenkinson və Koselninin Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la səfər oyununda iştirak etməyəcəyi dəqiqləşib. Koloşinatsın isə Bakıya gəlib-gəlməyəcəyi bilinmir.
Oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.

