“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal”ın icraçı direktoru İvan Qazidis postunu tərk edib.
Sportinfo.az xəbər verir ki, 2008-ci ildən “Arsenal”da çalışan Qazidis karyerasını "Milan”da davam etdirəcək.
Onu bu vəzifədə Raul Sanlyeli ilə Vinay Venkateşam əvəzləyib. Qazidis dekabrın 1-dən “Milan”da icraçı direktor kimi fəaliyyətə başlayacaq.
“Arsenal” və “Qarabağ” komandaları oktyabrın 4-də Bakıda, dekabrın 13-də isə Londonda qarşılaşacaq.

