"Rəşad Sadıqov dizindən zədə alıb, azı 4-5 gün dincəlməlidi"

19 Sentyabr 2018 15:00 Avropa Liqası 571
"Rəşad Sadıqov dizindən zədə alıb, azı 4-5 gün dincəlməlidi"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”.

Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti