"Qarabağ"dan yaxşı oyun gözləyirik.
Baxmayaraq ki, rəqibimizin adı böyük deyil, amma problem yaşada bilən komandadır".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sportinq"in ulduzu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə deyib.
"Sportinq" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 23-00-da baş tutacaq. "Record"a danışan 24 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçəcəyini deyib:
"Əlbəttə, bizdən gözləntilər böyükdü. Lakin "Qarabağ"ın "Atletiko"ya nələr yaşatdığını bilirik. Bizim üçün oyunun çətin keçəcəyini düşünürəm, amma fikrimcə, zəfər bizim olacaq və Avropa Liqasına 3 xalla başlayacağıq".

