"Qarabağ"ın rəqibinin futbolçusu "Arsenal"la oyun ərəfəsində sıraya döndü

19 Sentyabr 2018 14:36 Avropa Liqası 419
"Qarabağ"ın rəqibinin futbolçusu "Arsenal"la oyun ərəfəsində sıraya döndü

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vorskla”nın baş məşqçisi Vasili Saçko İngiltərədə “Arsenal”la keçirəcəkləri I tur qarşılaşması üçün heyəti müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Londona 20 nəfərlik heyət aparmağı planlaşdırır.

Sabah çarter reysi ilə Londona uçaçaq Poltava komandasında hücumçu Yuri Kolomoyets də yer alacaq. “Vorskla”nın son matçında iştirak etməyən ukraynalı forvard zədəsini bərpa etməyə başlayıb.

O, son məşqdə kollektivlə birgə çalışıb. 28 yaşlı futbolçunun görüşə hazır olacağı gözlənilir. Əvəzində Denis Vasin zədə səbəbindən mövsümün ilk yarısını buraxacaq.

Dizinin çarpaz bağlarından xəsarət alan 29 yaşlı yarımmüdafiəçinin adı “Vorskla”nın Avropa Liqası üçün iştirak ərizəsinə salınmayıb. Hazırda Serbiyada müalicə alan futbolçunun yaşıl meydanlara qayıtma vaxtı bilinmir.

Sentyabrın 20-də Londondakı “Emirates” stadionunda keçiriləcək “Arsenal” – “Vorskla” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti