"Sportinq"in heyətində "Qarabağ"a qarşı Dost olmayacaq

19 Sentyabr 2018 12:24 Avropa Liqası 630
"Sportinq"in heyətində "Qarabağ"a qarşı Dost olmayacaq

"Sportinq"in futbolçusu Bas Dost "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk tur qarşılaşmasını buraxacaq.

Sportinfo.az xəbər verir ki, zədədən əziyyət çəkən hollandiyalı hücumçu komandanın son məşqində iştirak etməyib.

Klubun həkim heyəti 29 yaşlı forvardı həftəsonu Portuqaliya Primeyrasının V turunda “Braqa” ilə səfərdə keçirəcəkləri görüşə çatdırmağa çalışacaq.

Ssentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM