"Qarabağ" - bu hakim heç vaxt penalti təyin etməyib

18 Sentyabr 2018 10:48 Avropa Liqası 515
"Qarabağ" - bu hakim heç vaxt penalti təyin etməyib

Avropa Liqasının E qrupunda "Qarabağ"ın "Sportinq"lə səfər matçını idarə edəcək Fransua Letexye karyerası ərzində ilk dəfə təmsilçilərimizin oyununa təyinat alır.

Sportinfo.az xəbər verir ki, fransalı fit sahibinin beynəlxalq təcrübəsi zəifdi.

O, 11 dəfə beynəlxalq matçlara təyinat alıb. 29 yaşlı gənc hakim bu oyunlarda heç vaxt penalti təyin etməyib. Letexye daha çox əlini cibinə atmağı xoşlayır.

11 oyunda 48 dəfə futbolçulara sarı vərəq göstərən referi, 3 dəfə oyunçuları meydandan qovub. Fransua hər oyuna orta hesabla 4,36 dəfə sarı vərəqə göstərir.

Fransalı FIFA referisi bu mövsüm avrokuboklarda 2 oyun idarə edib. "Sportinq" - "Qarabağ" oyunu sentyabrən 20-də, Bakı vaxtı ilə saat 20-00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti