Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana”nın (Qazaxıstan) Avropa Liqasının qrup mərhələsində “Dinamo” ilə (Kiyev) səfərdə keçirəcəyi oyunun hakimləri məlum olub.
Sportinfo.az xəbər verir ki, matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Halis Özkahya təyin olunub. Ona yan xətt hakimləri Ceyhun Səsigüzəl və Hakan Yemişken kömək edəcək.
Ehtiyat hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alper Ulusoy və Kərəm Ərsoy olacaq.
Sentyabrın 20-də Kiyevdəki Olimpiya stadionunda keçiriləcək “Dinamo” - “Astana” görüşü saat 20:55-də start götürəcək.

