"Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə..."

16 Sentyabr 2018 17:34 Avropa Liqası 486
"Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə..."

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasındakı hədəflərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Avropa Liqasının önəmli olduğunu və bu turniri qazanmaq istəkdiklərini deyib:

Onun fikrincə, Çempionlar Liqasından sonra Avropa Liqası ən önəmli yarışmadır: "Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə, həmin vaxt bu turnir çox vacib olur.

Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasında çıxış edir. Bu isə turnirə olan marağı artırır".

"Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti