UEFA-dan “Sportinq” - “Qarabağ” oyunu ilə bağlı qərar

16 Sentyabr 2018 14:49 Avropa Liqası 697
UEFA-dan “Sportinq” - “Qarabağ” oyunu ilə bağlı qərar

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək “Sportinq”in ev oyunlarını keçirdiyi “Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.

Sportinfo.az-ın xəbərinə görə, bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avroliqanın 1/4 finalının “Atletiko” ilə cavab oyununda (1:0) yerli azarkeşlər görüşün hakimlər briqadasına yad cisimlər atmışdılar. Məsələni araşdıran qitə futbol qurumu hadisəyə səbəb olan azarkeşlərin əyləşdiyi sektorların 1 oyunluq bağlanmasına qərar verib.

Bununla bağlı bəyanat yayan “Sportinq” klubu azarkeşlərinə səslənib: “Klubun bütün üzvləri və azarkeşləri tam olaraq dərk etməlidirlər ki, kobud ictimai davranışlar bizə ciddi zərər verə bilər”.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti