"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə daha bir...

14 Sentyabr 2018 19:36 Avropa Liqası 669
"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə daha bir...

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" Liqa Kubokunda "Maritimu" ilə oyunda daha bir futbolçusunun xidmətindən istifadə etməyəcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk tur qarşılaşmasını düşünərək komandanın əsas qolkiperi Romen Salenə istirahət verərəcək.

"Maritimu" ilə matçda isə "çərçivə"ni Renan Ribeyro qoruyacaq. 58 yaşlı mütəxəssis daha öncə “Qarabağ”la oyuna görə yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesə istirahət verəcəyini bildirib.

Portuqaliya Liqa Kubokunda keçiriləcək "Sportinq" - "Maritimo matçı sentyabrın 16-sı keçiriləcək. "Sportinq" - "Qarabağ" oyunu isə bu matçdan 4 gün sonra olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti