Türkiyə mətbuatı Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komandaların növbəti mərhələyə yüksəlmək şanslarını əmsallarla açıqlayıb.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yer aldığı E qrupunda favorit “Arsenal”a 1,15 əmsal verilib.
“Sportinq”in qrupdan çıxmaq şansı 4 əmsal olaraq göstərilib. Ağdam təmsilçisinə isə 17 əmsal verilib. Qrupun autsayderi isə “Vorskla” göstərilib - 40 əmsal.
Türkiyə təmsilçisi “Fənərbağça”nın mübarizə aparacağı D qrupunda favorit 2,20 əmsalla “bülbüllər” sayılır. “Fənər”in ən yaxın izləyicisi isə “Anderlext” müəyyən olunub - 2,40 əmsal.
D qrupunun digər komandası “Dinamo”nun şansı (Zaqreb) 3,75, “Spartak”da (Trnava) 14 əmsalla dəyərləndirilib.
“Beşiktaş” isə H qrupunda aşkar favoritdir. “Genk”, “Malmö”, “Sarpsborq”un yer aldığı qrupda “qara qartallar”a 2 əmsal verilib.
Avropa Liqasının qrup mərhələsinin ilk oyunları sentyabrın 20-də keçiriləcək. İlk matçda "Qarabağ" səfərdə "Sportinq"in qonağı olacaq.

