"Arsenal"ın 2 ulduzunu "Qarabağ"la oyuna gətirmıəyəcək

13 Sentyabr 2018 18:12 Avropa Liqası 674
"Arsenal"ın 2 ulduzunu "Qarabağ"la oyuna gətirmıəyəcək

"Qarabağ"ın Avropa Liqasındakı qrup mərhələsindəki rəqibi "Arsenal" zədəli futbolçularının son durumu ilə bağlı məlumat verib.

Sportinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sol dizindən zədə alan müdafiəçi Sead Kolaşinaçin oktyabrın əvvəlində komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Sol ayaq sümüyündə kiçik sınıq olan yarımmüdafiəçi Enzl Meytlend-Naylz da böyük ehtimalla oktyabrın əvvəli hazırlıqlara qoşulacaq.

"Qarabağ" Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü "Arsenal"a qarşı keçirəcək. Karl Cenkinson oktyabr-noyabr aylarında, Loren Koselnin noyabrda məşqlərə qayıdacağı bildirilib.

Bu isə o deməkdi ki, adları çəkilən iki oyunçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la səfər oyununu dəqiq buraxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM