"Qarabağ"ın rəqibi transfer qadağasından qurtuldu

13 Sentyabr 2018 00:10 Avropa Liqası 487
"Qarabağ"ın rəqibi transfer qadağasından qurtuldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vorskla” transfer qadağası ilə üzləşməkdən xilas olub.

Sportinfo.az Ukrayna Futbol Federasiyasının (FFU) rəsmi saytına istinadən xəbər verir ki, Poltava təmsilçisi təyin olunan vaxta qədər futbolçulara olan borclarını ödədiyi üçün cəzadan qurtulub.

Ukrayna klubu sabiq futbolçuları Oleq Barannik və Yevgeni Budnikə olan borclarını bağladıqdan sonra lazımlı sənədləri FFU-ya göndərib. Klub təyin olunan vaxta qədər borcunu ödəməsəydi, transfer qadağası ilə üzləşəcəkdi.

Barannik “Vorskla”da 2010 - 2017, Budnik isə 2012 - 2016-cı illərdə çıxış edib. "Qarabağ və "Vorskla" arasındakı ilk görüş oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti