«Qarabağ» sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.
E qrupunda yer alan Azərbaycan çempionu həmin gün Portuqaliyada «Sportinq»in qonağı olacaq.
Artıq Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib: 5 qapıçı, 9 müdafiəçi, 11 yarımmüdafiəçi və 1 hücumçu sifariş edib.
Siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradı. İştirak ərizəsinə yeni transfer Araz Abdullayev də daxil edilib.
«Qarabağ» qışadək yeni futbolçu almayacaq. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlama verib:
«Bundan sonra gətirəcəyimiz futbolçu azad agent statusu daşımalıdı. Beləsini indi tapmaq çox çətin məsələdi.
Əgər tapsaq belə, adını UEFA-nın sifariş ərizəsinə sala bilmərik. Çünki siyahını artıq göndərmişik. Avroliqada meydana çıxmayacaq futbolçunu Premyer Liqa üçün almağa dəyməz».

