UEFA nümayəndələri Avroliqanın finalı ilə əlaqədar Bakıda

12 Sentyabr 2018 17:24 Avropa Liqası 424
UEFA nümayəndələri Avroliqanın finalı ilə əlaqədar Bakıda

Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq.

Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək. Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti