"Zenit" 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsi üçün B siyahısını UEFA-ya təqdim edib.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Peterburq təmsilçisinin B siyahısına 11 oyunçu daxil edilib.
Siyahıda əslən azərbaycanlı olan 19 yaşlı yarımmüdafiəçi Leon Musayev də yer alıb. Musayev "Zenit"in gənclərdən ibarət komandasında çıxış edir.
O, Rusiyanın U-19 millisinin də formasını geyinir. "Zenit" Avropa Liqasının C qrupunda "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa) və "Slaviya" (Praqa, Çexiya) komandaları ilə mübarizə aparacaq.

