"Qarabağ": "Qərar qəbul olundu ki, “Arsenal”la qarşılaşma..."

11 Sentyabr 2018 17:12 Avropa Liqası 805
"Qarabağ": "Qərar qəbul olundu ki, “Arsenal”la qarşılaşma..."

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın bu turnirdəki ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsi qərarı birmənalı qarşılanmadı.

Bu qərarın hansı əsasla qəbul olunması isə qaranlıq olaraq qalırdı.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Futbol+” qəzetinə açıqlamasında bu qərarın AFFA-nın istəyi ilə qəbul olunduğunu deyib:

“Bu təklif bizə AFFA rəhbərliyi tərəfindən bildirildi. Buna səbəb kimi, ilk ev oyununda rəqibin “Arsenal” olması göstərildi.

Matça marağın böyük olması və izdiham yaşanmaq ehtimalı əsas gətirildi. Belədə, qərar qəbul olundu ki, “Arsenal”la qarşılaşma BOS-da oynanılsın.

UEFA-nın reqlamentinə əsasən, qrupda ilk matçı hansı stadionda keçirirsənsə, davamını da orda gətirməlisən. Bu gün BOS-da, sabah Respublika stadionunda oynamağımız mümkünsüzdü”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti