"Oyun tərzimizə yaxşı bələddi və bizə kömək etməkdə davam edəcək"

9 Sentyabr 2018 18:06 Avropa Liqası 476
"Oyun tərzimizə yaxşı bələddi və bizə kömək etməkdə davam edəcək"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın arxa xəttindəki problemlər müzakirə mövzusuna çevrilib.

Sportinfo.az xəbər verir ki, buna səbəb "topçular"ın Premyer Liqanın 4 turu ərzində qapısından 8 top buraxmasıdı.

Hazırda 6 xala malik London təmsilçisi 9-cu pillədə qərarlaşıb. Ötən tur səfərdə "Kardiff Siti" ilə matçda "Arsenal"ın qapıçısı Petr Çex ciddi səhvlərlə yadda qalıb.

Lakin baş məşqçi Unay Emeri çexiyalı qolkiperə gələcəkdə də güvənəcəyini bildirib: "Petr Çex bizim üçün önəmli oyunçudu.

Onun təcrübəsi və geridən oyun qurmaq bacarığı bizə çox kömək edir. O, oyun tərzimizə yaxşı bələddir və bizə kömək etməkdə davam edəcək".

İspaniyalı mütəxəssis yay transfer dövründə alınan Almaniya millisinin üzvü Berd Lenonun hələ komandaya tam uyğunlaşmadığını da vurğulayıb:

"Leno gəncdi və öyrənməyə davam edir. Biz ona da çox güvənirik. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir və meydana ilk "11-lik"də çıxacağı oyunlar olacaq".

Bununla belə, "Arsenal" qışda daha bir müdafiəçi almaq niyyətindədir. Bu, hazırda İspaniya "Atletiko"sunda çıxış edən Braziliya millisinin üzvü Filipe Luisdi.

"Atletiko" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq oyunçunun 2019-cu ilin yanvarında 30 milyon avroya transfer edilməsi nəzərdə tutulub.

"Qarabağ" "Arsenal"la ilk oyununu oktyabrın 4-də Bakıda keçirəcək. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti