Tofiq Bəhramov adına Repsublika stadionu "Qarabağ" üçün ən uğurlu məkandı.
Qurban Qurbanovun komandası özünü burada möhtəşəm hiss edir və rahat da futbolunu oynayır.
Bunu dəfələrlə də açıqlamalarında bildiriblər. Bəs niyə BOS?
Burda xeyli məqam var. Birincisi, Elxan Məmmədovun çoxsaylı israrı, istəkləri üzərində tapşırıqlarla "Qarabağ" məcburən BOS-a gedir.
İkincisi, Elxan Məmmədov üçün "Qarabağ"ın uğursuz olması daha məqsədəuyğundur nəinki uğurlu. İndiki halda millinin də...
Bir məqamı da qeyd edək ki, AFFA-nın şəxsi balansında olan stadionların ot örtüklərinə baxın. Hamısı kraska, hamısı yanır tez-tez. Bir də mütəxəssis Phil Sharplesin düzəltdiyi stadionlara baxın.
Onun da monopolyasını ələ keçirmək istəsə də, hələ ki, yarıtmırlar...
Bu adam Azərbaycan futboluna sadəcə dominantlıq edir. Ümumiyyətlə, mətbuatla bağlı mövqeyi dəhşətlidir.
Məsələn, jurnalistlər bilir. İllərlə millidən heç nə yazmayan, oyunlarına gəlməyən saytlar 3-4 aydır ki, hansıs yaxşı jurnalistin ora keçməsi ilə başlayan ara-sıra yazılara görə yuxarıda tutulur.
Elxan Məmmədov üçün fərq eləmir ki, kim nə iş görür, kimin necə xeyri dəyir. Sadəcə öz dəstəsi, öz fikirləri var və yaşayır...
Elsevər Məmmədov

