"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Bundan sonra Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.
Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək. 2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

