"Qarabağ"ın rəqibi yeni müqavilə bağladı, 60 milyon qiymət qoydu

6 Sentyabr 2018 18:24 Avropa Liqası 560
"Qarabağ"ın rəqibi yeni müqavilə bağladı, 60 milyon qiymət qoydu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sportinq" Jovane Kabral ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, Kabo-Verde millisinin hücumçusunun sözləşməsi 2023-cü ilə qədər uzadılıb.

20 yaşlı oyunçunun sərbəstqalma məbləği 60 milyon avro təyin edilib. O, əsas komandada 77 nömrəli forma ilə çıxış edəcək. Forvard komandaya 2016-cı ildə transfer olunub və aşağı yaş qruplarında çıxış edib.

Kabral müqavilə yenilədikdən sonra fikirlərini bölüşüb: "Həmişə əsas komandada oynamağı arzulayırdım.

Kapitanımız Nani həmişə nümunə götürdüyüm futbolçu olub. O, mənə çox kömək edib. Bu klubun formasını Luiş Fiqu, Kriştianu Ronaldu və Rikardu Kuarejma kimi məşhur futbolçular geyinib.

"Sportinq"in formasını üzərimdə daşımaq mənim üçün şərəfdir. Daha çox çalışıb, mənə şans verən insanların ümidlərini doğruldacağam".

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək.

Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti