“Fənərbağça” Avroliqanın qapılarını onların üzünə bağladı

6 Sentyabr 2018 09:00 Avropa Liqası 608
“Fənərbağça” Avroliqanın qapılarını onların üzünə bağladı

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Fənərbağça” UEFA-ya iştirak ərizəsini göndərib.

Sportinfo.az xəbər verir ki, “bülbüllər”in 8 futbolçusunun - Roberto Soldado, Berke Özər, Karlos Kameni, Nabil Dirar, Mehmet Ekici, Fərdi Kadıoğlu, Ozan Tufan və Tolqa Ciyərcinin adı siyahıda yoxdu.

Baş məşqçi Filip Koku ümumilikdə 23 futbolçunun adını iştirak ərizəsinə daxil edib. “Fənər" Avropa Liqasında “Anderlext”, “Dinamo” (Zaqreb) və “Spartak”la (Trnava) birgə D qrupunda mübarizə aparacaq.

Qapıçılar: Volkan Dəmirəl, Harun Təkin, Ertən Ersu;

Müdafiəçilər: Hasan Ali Kaldırım, Maurisio İsla, Dieqo Reyes, İsmail Köybaşı, Şenər Özbayraqlı, Roman Noyştadter, Martin Şkrtel, Yiğithan Güveli;

Yarımmüdafiəçilər: Mehmet Topuz, Alper Potuk, Barış Alıcı, Jailson Markes, Yassin Benzia, Atıf Şeyşu, Matye Valbuena, Oğuz Kağan, Elif Elmas;

Hücumçular: İslam Slimani, Mikael Frey, Andre Ayyu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti