Qurban Qurbanov Avroliqada ən çox duruş gətirən baş məşqçidi

5 Sentyabr 2018 15:48 Avropa Liqası 675
Qurban Qurbanov Avroliqada ən çox duruş gətirən baş məşqçidi

Avropa Liqasında çıxış edəcək klubların baş məşqçiləri ilə bağlı maraqlı statistika açıqlanıb.

Sportinfo.az xəbər verir ki, söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb. Belə ki, o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdi.

Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır. 2013-cü ildən Danimarkanın “Kopenhagen” klubuna rəhbərlik edən norveçli Stale Solbakken isə bu göstəricidə ikincidi.

Qurban Qurbanov 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən komandaların baş məşqçiləri arasında da bu göstəricidə lider idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti