“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Sportinfo.az xəbər verir ki, siyahıda komandanın yeni transferi Araz Abdullayev də yer alıb:
Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev, 95. Məmməd Hüseynov
Müdafiəçilər: 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 6. Simeon Slavçev, 8. Miçel, 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 77. Donald Gerrye, 91. Coşqun Diniyev
Hücumçular: 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 28. Con Delarj
“Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə aparacaq.
Qəribədi ki, siyahıda Mahir Mədətov müdafiəçi, Con Delarj yarımmüdafiəçi kimi göstərilib. Yeganə hücumçu isə İnnosent Emeqaradı.
Ehtimal ki, yaxın vaxtlarda qeyri-dəqiqliklər düzəldiləcək və futbolçuların ampluası düzgün göstəriləcək.
Qurban Qurbanovun yetirmələri ilk oyunu sentyabrın 20-də səfərdə Portuqaliya təmsilçisinə qarşı keçirəcək.

