"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"də prezident seçkiləri keçiriləcək.
Sportinfo.az xəbər verir ki, seçki sentyabrın 7-də baş tutacaq.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək.
Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

