"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vorskla”nın fəxri prezidenti Konstantin Jevaqo klubda maliyyə probleminin olduğuna dair xəbərlərə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, ukraynalı milyarder yerli telekanala açıqlamasında Poltova təmsilçisində yazıldığı qədər maliyyə probleminin olmadığını vurğulayıb.
"Raşılaşmalar var, bununla klubun rəhbərliyi məşğuldu. "Vorskla" oynamaq və qələbə qazanmaq üçün kifayət qədər resursa malikdi.
Klub hər zaman sözünə əməl edib və futbolçularla hesablaşıb. Heç kim əvvəllər bunun əksinin baş verdiyini deyə bilməz.
Bunu yoxlamaq da mümkündü. Konkret borc məbləğləri və ya hansısa öhdəliklər barədə danışmaq istəmirəm.
Komanda oynamaq və qələbə qazanmaq istəyir. Mən borcların məbləğləri və hansısa öhdəlikdən danışmaq istəmirəm", - K.Jevaqo bildirib.
"Vorskla"da maddi sıxıntılara görə futbolçularının məvacibinin azaldığı, bu səbəbdən, Mladen Bartuloviç və Sergey Siminin kimi futbolçuların komandadan ayrıldıqları bildirilir.
“Vorskla” 2017-2018 mövsümündə Ukrayna Premyer Liqasının bürünc medallarını qazanıb və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.

