"Qarabağ" həmişə qrup mərhələsinə vəsiqə qazanmayacaq

3 Sentyabr 2018 12:36 Avropa Liqası 802
"Qarabağ" həmişə qrup mərhələsinə vəsiqə qazanmayacaq

Müğənninin bütün mahnıları hitə çevrilmir.

Həkimin bütün əməliyyatları uğurlu olmur.

Eləcə də futbolda da daim qələbə qazanmaq mümkün deyil. Nə vaxtsa məğlubiyyət də olacaq. "Qarabağ"ın ardıcıl 5-ci dəfə (ÇL və AL) avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacağına inananlar çox deyildi.

Başa düşürəm, istəyirdilər, amma inana bilmirdilər. Səfərdə 0-1 hesablı məğlubiyyətdən sonra çoxu inamını itirmişdi. Bu komanda həmişə qrup mərhələsinə vəsiqə qazanmayacaq.

Nə vaxtsa alınmaya bilər, çətin durumda olduğu vaxt kluba sahib çıxmaq lazımdı. Bir oyundan sonra kiminsə məşqçilik bacarığına şübhəylə yanaşmaq, klubun artıq fiasko yaşadığını demək yanlışlıqdı.

Onda gərək Almaniya mundialdan sonra Yoaxim Lövü millidən qovardı. Bir qədər fərqli düşünmək lazımdır dostlar.

"Şerif"lə oyuna gəldikdə, sanki futbolçularımız oyunuyla dəstək olanlara təşəkkür etmək istəyirdi. Rəşadın əzmkarlığı, Filipin mübarizliyini, Vaqnerin soyuqqanlı çıxışlarını çox bəyəndim. Donald, Maksim, Mahir, Qara - bir sözlə hamı ən yaxşını etməyə çalışırdı.

12-ci oyunçu isə möhtəşəm idi. 18 min azarkeş stadionda boş yerlərin olduğunu hiss etdirmədi. "Şerif" sanki "cəhənnəm"ə düşmüşdü.

Sizin gur dəstəyinizə görə Badibanqa və Rodrigesin ayağı top tutmadı...Bu qələbə Azərbaycan üçün çox vacib idi. VAR olun! Ən böyük qələbələrə layiqsiz...

Sənan Şəfizadə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti