Rəşad Sadıqov Avropa Liqasının “TOP-50”liyində

2 Sentyabr 2018 18:19 Avropa Liqası 802
Rəşad Sadıqov Avropa Liqasının “TOP-50”liyində

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə matçda (3:0) meydana çıxaraq, Azərbaycan futbolu tarixində yeni rekord müəllifi olduğu barədə xəbər vermişdik.

Əvvəllər UEFA Kuboku, indi isə Avropa Liqası adlanan turnirdə 56-cı oyununu keçirməklə o, Rəşad Sadiqovu (55 matç) geridə qoyub və şəriksiz lider olub.

Moldova klubu ilə görüş Sadıqov üçün təkcə bununla əlamətdar deyil. O həm də sözügedən turnirdə ən çox oyun keçirən 50 futbolçu arasına düşüb.

Sportinfo.az xəbər verir ki, kapitan mövsümün əvvəlində 54 oyunla 65-ci yerə şərik olan 5 futbolçudan biri idi.

56-cı matç isə artıq 47-ci sıraya şərik olmaq deməkdi. Sadıqov kimi Dario Srna, Pol Heqarti, Devid Deqen, Harri Kyuel, Dino Bacco, Henrik Larsson və Aleksandr Anyukov da turnirdə 56 oyun keçirib.

Onlardan yalnız sonuncusu bu mövsüm oynayaraq sözügedən göstəriciyə çatıb. Anyukov “Zenit”in heyətində 4 matçda meydana çıxaraq, oyun sayını 56-ya çatdırıb. Ümumilikdə, bu 8 futbolçu 47-54-cü pillələri bölüşdürür.

Sadıqov qrup mərhələsinin 6 oyununun hər birində meydana çıxacağı halda ilk “20-liy”ə qədər yüksələ bilər. Hazırkı sıralamada 62 oyun 18-ci yer üçün kifayət edir.

2001-ci ildə bu turnirdə debüt edən Rəşad 56 matçın 51-ni "Qarabağ", 4-nü "Neftçi", 1-ni isə "Kayserispor"da (Türkiyə) keçirib.

UEFA Kuboku/Avropa Liqası tarixində ən çox oyun keçirən isə italiyalı Cüzeppe Berqomidi. Onun aktivində 96 matç var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti