“Gözlənilməz bir şey olmadı, bilirdik ki, “Qarabağ” ilk dəqiqələrdən hücum edəcək.
Belə də oldu, ancaq zədələndiyim üçün oyunun ikinci hissəsini izləyə bilmədim, ona görə də bu barədə mox danışa bilməyəcəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:3) sonra “Şerif”in hücumçusu Aleksandr Boyçuk deyib.
Matçın 26-cı dəqiqəsində hava topu mübarizəsi zamanı Donald Gerye ilə toqquşmadan sonra yerə düşən futbolçu qolundan ciddi zədə alaraq, meydanı tərk etməli olub.
Hətta fasilədə 21 yaşlı futbolçunu Bakıdakı klinikalardan birinə aparıblar. Hakim moldovalı oyunçuya çıxıq diaqnozu qoysa da, Boyçuk sınıqdan şübhələnir: “Həkim dedi ki, qolum çıxıb. Tomoqrafiya etdirəcəm. Düşünürəm ki, bu, yüz faiz sınıqdı”.

