“Biz də elə bunu gözləyirdik“

2 Sentyabr 2018 12:02 Avropa Liqası 560
“Biz də elə bunu gözləyirdik“

“Çox yaxşı qrupdu, əvvəlcədən də istəyimiz Poltavada Avropa səviyyəli komandalara qarşı yaxşı oyun göstərmək idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının E qrupunda “Qarabağ”ın rəqibi olan “Vorskla”nın prezidenti Roman Çernyak Ukrayna mətbuatına açıqlamasında deyib.

Püşkü dəyərləndirən R.Çernyak arzuladıqları qrupa düşdüklərini bildirib: “Demək olar ki, tale üzümüzə güldü. İngilis, portuqal klubları ilə yanaşı, kifayət qədər yaxşı komanda olan “Qarabağ”la eyni qrupa düşdük.

Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Ümid edirik ki, avrokubok oyunlarında anşlaq olacaq. Ən çətin rəqibimiz “Arsenal”dı. Həmçinin “Qarabağ” da sıradan komanda deyil. “Sportinq” isə öz yerində, Avropanın güclü klublarından biridi”.

“Qarabağ”la “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakıda, noyabrın 9-da isə Poltavada keçiriləcək: "Çox yaxşı qrupdu. Biz də elə bunu gözləyirdik.

Doğma meydanımızda azarkeşlərimizə gözəl, baxımlı futbol göstərmək istəyirik. Sona qədər mübarizə aparacağıq. "Arsenal"ı bizim üçün ən ciddi adlandırmaq olar.

"Qarabağ" yaxşı komandadı, "Sportinq" də öz növbəsində. İnanıram ki, azarkeşlərimiz doğma meydanda keçirəcəyimiz matçlarda bizi tək qoymayacaqlar. Belə oyunlarda onların dəstək verməsi olduqca önəmlidi".

Çernyak Avropa Liqasının qrup mərhələsinə qədər irəliləmələrini gördükləri işin bəhrəsi adlandırıb: "Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün böyük sevincdir.

Bütün şəhər sakinləri, azarkeşlərimiz sevinir. Başa düşürük ki, bundan sonrakı mərhələdə asan rəqiblər olmayacaq. Bir tərəfdən də, bu, ötən il ortaya qoyduğumuz işin nəticəsidi".

Klub prezidenti hədəflər barədə danışmaq istəməyib. O, bu barədə rəqibləri ciddi analiz etdikdən sonra açıqlama verməyi üstün tutub:

"Bütün qruplara nəzər yetirdim. Biz ən çətin qrupda yer almışıq. Gəlin, hər şeyi fikirləşək, sonra hədəflər barədə danışarıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti