25 yaşlı erməni hücumçu Bakıdakı oyuna gətirilməyəcək

2 Sentyabr 2018 09:26 Avropa Liqası 612
25 yaşlı erməni hücumçu Bakıdakı oyuna gətirilməyəcək

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də Ukrayna klubunun erməni futbolçusu Qeqam Kadimyanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdı.

Ukrayna mətbuatına yer alan xəbərə görə, 25 yaşlı hücumçu Bakıda baş tutacaq görüşə gətirilməyəcək.

"Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə eyni qrupda mübarizə aparacaq.

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryan da Bakıya gətirilməyəcək. "Sportinq"də isə erməni futbolçu yoxdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti