"Qrupun ən zəif bəndiyik, ancaq var gücümüzü ortaya qoyacağıq"

2 Sentyabr 2018 00:20 Avropa Liqası 669
"Qrupun ən zəif bəndiyik, ancaq var gücümüzü ortaya qoyacağıq"

"Püşkün nəticəsi barədə uzun danışmaq istəmirəm, biz başa düşürdük ki, qarşımıza güclü rəqiblər çıxacaq.

Sevinirik ki, onların arasında "Arsenal"da var".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Vorskla"nın baş məşqçisi Saçko Vasili Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

43 yaşlı ukraynalı mütəxəssis qrupun ən zəif komandası olduqlarını etiraf edib. Ancaq o, sona qədər mübarizə aparacaqlarını bildirib:

"Bu komandalar arasında öz gücümüzü yoxlayacağıq. Biz qrupun ən zəif bəndiyik. Əsas odur ki, oyunlara ciddi hazırlaşacağıq, var gücümüzü ortaya qoyacağıq".

Poltava təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Qarabağ" (Azərbaycan) ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti