Avropa Liqasının qrup mərhələsində «Qarabağ»ın rəqibi olan «Vorskla»nın baş məşqçisi Vasili Saçkonun Azərbaycanla bağlılığı var.
O, 2001-2006-cı illərdə «Volın»ın formasını geyinib.
Həmin vaxt bu komandada millimizin 3 futbolçusu – Tərlan Əhmədov, Kamal Quliyev və Fərrux İsmayılov da çıxış edib. Lutsk təmsilçisinin kapitan sarğısını daşıyan hücumçu onlardan Əhmədovla yaxın dostdu.
Onun «Neftçi»nin keçmiş çalışdırıcısıyla münasibətləri bu gün də davam eləyir. Saçko 2004-cü ildə Azərbaycan komandalarından birindən təklif alsa da, ailə şəraitinə görə bura gələ bilməyib (Sportinfo.az).

