"Arsenal"ın qapıçısı: "Azərbaycanlı oyunçuların çoxunu tanımırdım"

1 Sentyabr 2018 20:24 Avropa Liqası 677
"Arsenal"ın qapıçısı: "Azərbaycanlı oyunçuların çoxunu tanımırdım"

"Arsenal"ın qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı alman qolkiper 2018-ci il dünya çempionatının seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırlayıb:

"Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu.

"Sportinq" yaxşı bir stadiona malikdi. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq".

"Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti